Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərini bərpa etməyə çağırdı    

“Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır”...

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

“Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və Rusiyanın yardımı ilə sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması da daxil olmaqla ən çətin məsələlərin effektiv həlli yollarının axtarışına başlanılması çərçivəsində daxili formatlarda effektivliyini sübut edən təmasları bərpa etməyə çağırırıq”, - deyə Zaxarova bildirib.   

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində ancaq siyasi və diplomatik üsullarla nizamlanmalıdır.

“Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq”, - deyə Mariya Zaxarova əlavə edib.

“Bir tərəf üçün güzəştlər əldə edilməsinə çalışan, digər tərəfə təhdidlər irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqı və ABŞ-dən fərqli olaraq həmişə Qafqazda davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromis həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır”, - deyə o, qeyd edib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib

Ən çox oxunanalar